Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Beş Azərbaycan vətəndaşı Rusiyanın Udmurtiya Respublikasından deportasiya edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Udmurtiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin mətbuat xidməti məlumat yayıb.
İddia edilir ki, azərbaycanlılar ölkəyə miqrasiya kartları ilə gəlsələr də, sonradan meyvə-tərəvəz ticarəti ilə məşğul olmağa başlayıblar. Lakin onlar bunun üçün icazə sənədləri almayıblar.
Məhkəmə "inzibati xəta törətdiklərinə" görə azərbaycanlılar barəsində cərimə və Rusiya hüdudlarından kənara çıxarılma şəklində cəza təyin edib.
Onlar Perm hava limanından Azərbaycana qayıdıblar.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...