Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU

Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
Foto
Hadisə 441

Ələt qəsəbəsində nəzarətsiz ərazidə əmi və onun qardaşıoğlu batıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, əmi Əlihəsənov Arif Həsən oğlunun meyiti sudan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

15 ya.lı Əlihəsənov Həsən Asif oğlunun isə axtarışları hələ də davam edir.

Əlihəsənov Arifin fotosunu təqdim edirik:

Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU

***20:48

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində bir nəfərin batdığı ehtimal olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hazırda 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər