13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bir neçə gün əvvəl təqdim olunan "Axırıncı yol" filminin seanslarının sayı artırılıb. 
 
BAKU.WS-ə açıqlama verən aktyor-aparıcı İlkin Həsəni bildirib ki, filmə olan marağı və tələbatı nəzərə alaraq bu həftənin şənbə və bazar günləri "Axırıncı yol" 74 seansla Bakının bütün kinoteatrlarında nümayiş olunacaq:
 
"Satışda demək olar ki, bilet qalmayıb. Filmi hamı çox bəyəndiyini bildirir. Çox saylı müraciətlər oldu ki, seansların sayı artırılsın. Biz də müraciətləri nəzərə alaraq seansların sayını artırdıq".
 
Məlumat üçün qeyd edək ki, "Axırıncı yol" filminə paytaxtın bütün kinomərkəzlərində baxa bilərsiniz. 
 
Qeyd edək ki, "Bosbash pictures" komandasının birgə ərsəyə gətirdiyi film "İLK Media" şirkətinin istehsalıdır. Emil Abdullayevin rejissorluğu ilə çəkilən filmin quruluşçu operatoru Rəşad Qarayev, ssenari müəllifi Ənvər Abbasov, Samid Ağayev və Elnur Həsənidir. 

Filmdə "Bozbash pictures"in aktyorları Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Həsəni, İlkin Misgərli rol alıblar. 
 
Ayşən Ayxan
BAKU.WS