83 yaşlı Al Paçino dördüncü dəfə ata oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış Hollivud ulduzu 83 yaşlı Al Paçino dördüncü dəfə ata olub.
BAKU.WS xəbər verir ki, bu barədə TMZ portalı yazır.
Nəşrin məlumatına görə, aktyorun 54 yaş kiçik prodüser sevgilisi Nur Alfallahla Roman Paçino adlı oğlu dünyaya gəlib.
Qeyd edək ki, cütlük ötən ilin aprelindən eşq yaşayır.
Aktyorun keçmiş sevgilisi Cen Tarrantdan 33 yaşlı Culi Mari adlı qızı var. Al Paçinonun eyni zamanda 1997-2003-cü illərdə birlikdə olduğu Beverli Deancelo adlı sevgilisindən də 22 yaşlı Anton və Olivia adlı əkiz övladları var.
Nur Alfallah isə Al Paçinodan əvvəl 78 yaşlı Mik Caqqer və 91 yaşlı Klint İstvudla sevgi münasibəti yaşayıb.
Oxşar xəbərlər
82 yaşlı Al Paçino 28 yaşlı sevgilisi ilə - FOTO
Məşhur Hollivud ulduzu Al Paçino şəxsi həyatı ilə bütün diqqətləri üzərinə toplayıb. BAKU.WS xəbər verir ki, aktyor restoranlardan birində gənc sevgilisi Nur Al...