VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Açıq-saçıq geyimləri ilə seçilən Dilarə Kazımova onu tənqid edənlərə cavab verib.

BAKU.WS xəbər verir ki, ifaçı ARB-nin "Show news" verilişinə açıqlamasında bildirib ki, belə geyimlərdə özünü rahat hiss edir:

"Əgər yaraşırsa, niyə də geyinməyim? Niyə qapalı geyinməliyəm? Həftədə 3 dəfə idmana gedirəm, rəqs edirəm. Mənə belə daha rahatdır. Mən kompleksdən uzaq olmağa çalışıram".

Dilarə geyimə görə insanlar arasında fərq qoyan, onları tənqid atəşinə tutan bu cür insanlara düşüncələrini dəyişməsini məsləhət görüb:

"Geyim insanın əxlaq ölçüsü deyil. Elə qapalı geyinən qadınlar var ki, ehhh... Elə açıq-saçıq geyinən qadınlar var ki, heç də pozğun deyillər. Sadəcə sizə nə yaraşırsa geyinin, heç kimin fikrinə baxmayın. Bu, sizin həyatınızdır!"

Aysel
BAKU.WS
VİDEO