SİZİN REKLAM BURADA!
055 213 76 73


Odlu-alovlu, məntiqli açıqlamaları ilə seçilən Murad Arif yenə də öz ampulasındadır.

BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni Murad Arif “MTV Azərbaycan”a müsahibəsində şou-biznesi “bataqlıq” adlandıranların ünvanına sərt sözlər ünvanlayıb:

“Təbii ki, insanların öz yanaşmasından asılıdır. Sən bura özünü reklam etməyə gəlmisən, yoxsa yaradıcılığını? Mənim istədiyim mahnı yazıb, klip çəkmək və öz işimlə dolanmaqdır. Məqsədim bu olduğu üçün məni Azərbaycan şou-biznesi qane edir. Amma kimlərsə şou-biznesə başqa məqsədlə gəlir. Kimsə ər tapmağa, kimsə sponsor tapmağa, kimsə daha çox qazanmağa gəlir. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək.

Bir qızın müsahibəsini oxumuşdum ki, ərə getsəydim, bu bataqlıqdan çıxardım. Bura bataqlıq deyil. Mən buradan tamaşaçılara demək istəyirəm ki, ağlı başında olan, yaradıcılığını sevən insan üçün şou-biznes bataqlıq deyil. Bu şeylər insanın niyyətinə bağlıdır!”

Aysel
BAKU.WS
VİDEO