SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazilə Səfərlinin canlı yayımda Aynur Dadaşovadan pul istəməsi sosial şəbəkədə izləyicilər tərəfindən tənqidlə qarşılanıb.

BAKU.WS xəbər verir ki, N.Səfərli efiri bazara çevirməsinə belə aydınlıq gətirib:

“Bu gün efirdə yaşanan gərgin adlandırdığınız anlara aydınlıq gətirmək istəyirəm. Ünvanıma nalayiq sözlər yazan hər kəs ona-buna pul atmaqla məşğul olanlardır. Hər zaman belə olub ki, pulu verəndə yaxşı adamsan, istəyəndə isə pis olursan. Öz pulumu istəmişəm. O pulu məndən təcili alıblar ki, Röyaya mahnını hazır təhvil verməliyik, yoxsa oxumayacaq. Məşhurlaşmağa təzə başlayanlar kimi mən də bəzi xərclər çəkmişəm bu yerlərə gələnə qədər. 8 il bundan əvvəl 1000 manat borc tapıb aranjimana pul vermişəm ki, mahnımı Röya oxusun. Mahnı hazır olandan sonra Ruslan dedi ki, Röya studiyaya vaxt edib gələ bilmir. Bir sözlə, oxumağa gəlmədi. İndi özümə maraqlıdır ki, görəsən heç Röyanın bundan xəbəri varmı?

Mahnı 7 il yatdı. Bir gün Ruslan zəng etdi ki, bəstəni Aynur Dadaşovaya 1500-ə verib. Soruşdum, bəs, Röya nə oldu? Dedi, oxumağa gəlmədi, başqasına ucuz satdım ki, sənin pulun batmasın. Pulu soruşanda isə cavab verdi ki, Aynur verməyib.

Keçən il Aynurla tədbirdə qarşılaşanda soruşdum. Dedi ki, pulsuz mahnı olar, çoxdan vermişəm. Ruslana zəng etdim, deyir ki, elə şey olmayıb.

İndi mən neyləmişəm ki, deyirsiniz efiri bazara çevirmişəm. Nə vaxtsa açılmalı idi də bu mövzu. Kimisə təhqir etməmişəm. Efirdə əxlaqsızlıq təbliğ olunmayıb, cinsi azlıqları şüuraltı reklam etməmişəm. Zərərli məlumatlar yaymamışam, naxələflik etməmişəm, ailələrə burun soxmamışam, sadəcə, pulumu istəmişəm. Aynura da təşəkkür edirəm ki, məsələyə aydınlıq gətirdi. İnşallah, Ruslan pulumu göndərər mən də lazım olan işlərimi həll edərəm. Hər iki insana hörmətim var. Qərəzim yoxdur”.

BAKU.WS
VİDEO