SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-də yayımlanan “Ona qalsa” proqramında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, verilişin aparıcısı Nazilə Səfərli qonağı olan müğənni Aynur Dadaşovadan onun sözlərinə yazılmış mahnının pulunu tələb edib:

“Həsrətimlə sevişirəm gecələr” adlı mahnımın pulunu niyə vermirsən? Aranjiman etdirib pul xərcləmişdim. Sənin mənə 1500 manat borcun var. Ruslan Səfəroğluna dedim ki, pulumu nə vaxt verəcəksiniz? Dedi ki, Aynur verəndə ödəyəcəm. Əlimlə verib, ayağımla axtarıram”.

Səfərlinin efirdə ondan pul istəməsi, daha doğrusu, "Mahnının pulunu niyə vermirsən?" deməsi Dadaşovanı özündən çıxarıb:

“Mahnının pulunu bəstəkara vermişəm. Sizə borcum ola bilməz. Pulunuzu niyə məndən istəyirsiniz? Milyonların qarşısında deyirsən, mənə borclusan. Heç kim bu sözü deyə bilməz. Siz Aynuru niyə hörmətsiz etməyə çalışırsınız? Dünənin uşağı deyiləm, 30 ildir, sənətdəyəm. 30 il hamının mahnısının pulu verildi, sizinki yox? Özü də dollarla ödədim mahnının pulunu. Mən burada Azərbaycan dilində danışıram, pulu vermişəm". 

Daha sonra Ruslan canlı yayıma zəng edib. Onlar arasında söz savaşı daha da böyüyüb.

Aysel
BAKU.WS
VİDEO