SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət öncə ailə quran Aynişan qayınanası haqqında danışıb.

BAKU.WS xəbər verir ki, Aynişan "İnstagram"ın "Story" bölümündə izləyicilərinin suallarını cavablandırarkən "Qayınananızla yaşayırsınız, yoxsa ayrı?" sualı ilə qarşılaşıb.

Aynişan digər suallara qısa cavab yazsa da, bu sualı ətraflı cavablandırıb:

"Bu sualı çox insan yazıb. Mənim anlamadığım bilirsiniz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, o evdə qayınata, baldız, qayın da ola bilər. Niyə sadəcə qayınananı soruşursunuz? Niyə bu qədər önyarqılısınız? Niyə qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş ki, qayınanam ilə yaşayardım. Qızıl kimi insandır. Çox sevirəm, hədsiz çox. Sevdiyim insanı dünyaya gətirən varlıqdır. Necə sevməyim axı? Kaş ki, hər insan gəlinini onun qədər sevə!"

Aysel
BAKU.WS