Safurədən BOTOKS iddialarına cavab: “26 yaşında nə üz dartılması?” (FOTOLAR)

04
yan
2019
13:30
Azərbaycanı “Eurovision 2010” mahnı müsabiqəsində təmsil edən Safurə Əlizadə botoks etdirməsi və xarici görünüşündəki dəyişiklik barədə yayılan xəbərlərə münasibət bildirib. BAKU.WS-in məlumatına görə, Əlizadə "Instagram" hesabının "Stories" bölümündə iddiaları təkzib edərək heç bir estetik prosedura əl atmadığını yazıb:“Deməli, iki uşaq anası olandan sonra kökəlsəydim, deyərdilər ki, nə gündədir. Amma mən ki, dəyişməmişəm, əksinə arıqlamışam, üzümdə isə bir dənə belə qırış yoxdur. İndi də deyirlər ki, üzünə botoks vurdurub. 26 yaşında nə botoks, nə iynələr? Hə, bəzi dəyişiklər ola bilər. Çünki mən də insanam və iki uşaq anasıyam. Bu, normal haldır, az da olsa dəyişməliyəm. Narahat olmayın, genetikam elədir ki, hələ uzun müddət iynələrə və botokslara ehtiyacım olmayacaq. Yazmağa başqa heç nə tapmırsınız? Özünüzdən belə xəbərlər uydurmağı dayandırın. Artıq gülməlidir. Hansısa məntiq olmalıdır. 26 yaşında nə üz dartılması?”BAKU.WS




Oxşar xəbərlər
Səfurənin gecə yarısı yaxta gəzintisi... - VİDEO
Safurə Əlizadə həyat yoldaşı Fərhadla Bodrumda dincəlir. BAKU.WS xəbər verir ki, Safurə istirahət zamanı yaxtada gecə dəniz gəzintisindən görüntüləri izləyicilə...
