Azərbaycanın ən yaraşıqlı kişisindən toy açıqlaması - VİDEO

Azərbaycanın ən yaraşıqlı kişisindən toy açıqlaması - VİDEO
Video
Şou-biznes 803

Azərbaycanın ən yaraşıqlı kişisi adını qazanan model Rüstəm Cəbrayılov evlənir.

BAKU.WS xəbər verir ki, ötən ay nişanlanan cütlüyün toy mərasimi aprel ayına planlaşdırılıb.

33 yaşlı model ARB-nin “Show news” proqramına açıqlamasında toy tarixini açıqlayıb:

“Qismət olarsa, toyumuz orucluqdan əvvəl, apreldə olacaq. Artıq 33 yaşım var. Sevdim və düşündüm ki, həyatımın qadınını tapmışam. 33 il ərzində 100-ə yaxın ölkədə olmuşam. Evləndikdən sonra xarici ölkələrə getməyə ara verəcəyəm, gecə gəzintilərim, dostlarla görüşlərim azalacaq. Normal ailə başçısı olacağam. Ata olmaq, vətənə, millətə layiqli övladlar yetişdirmək istəyirəm”.

Son xəbərlər