VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Televiziya aparıcısı İlkin Həsəni yazdığı statusa görə ATV kanalından işdən çıxarılması haqqında məlumatlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, aparıcı haqqında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

"Dostlar salam, sosial şəbəkələrdə haqqımda yayılan məlumat həqiqəti əks etdirmir. Əziz jurnalistlər, nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hal-hazırda isə film, serial, reklam istehsal edən şirkət İLK Media-da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir", - deyə aparıcı yarızaraft, yarıciddi əlavə edib.

BAKU.WS