VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən ad gününü qeyd edən müğənni Mətanət Əsədova “Söhbət var” verilişində qonaq olub.

BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, sənətçi proqramda küsülü olduğu, amma səsini çox bəyəndiyi xanım ifaçı ilə məclislərin birində qarşılaşmasından danışıb:

“Küsülü olduğum müğənni olub ki, səsindən çox xoşum gəlib. Toya gələndə görmüşəm ki, oxuyur. Dayanıb üzünə baxmışam.

Düşünüb ki, görəsən indi acılayaram onu? Özü də bilir ki, “beynim çönsə” edərəm. Acılamaq yox e, “uçurdaram” onu.

Baxıram deyirəm ki, “Allah sənə insaf versin. Nə qəşəng oxuyursan, oxuduğun kimi də bir damcı insanlığın olaydı.

Qəlbin də belə olsaydı, nə gözəl olardı”.

BAKU.WS
VİDEO