SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış müğənni Niyam Səlaminin fanatı efirə çıxaraq sevgisini etiraf edib.

BAKU.WS xəbər verir ki, Kamilə adlı qız Nazilə Səfərlinin "Ona qalsa" proqramına gələrək sevgililər günü və doğum günü münasibətilə Niyamı təbrik edib.

Pərəstişkar qız ifaçıya qarşı keçirdiyi hissləri belə ifadə edib:

"İlk sevgimdir. 17 ildir, sevdiyini bildirib. Çoxu deyir ki, qarşılıqsızdır, əl çək. Amma mən əl çəkmədim. Bezmədim, yorulmadım, səni çox sevdim. Mən səni dünyalar qədər sevdim. Yaxşı ki, varımsan. Allah səni mənim ürəyimdən əskik etməsin. Məni sevməsə belə, Niyamın varlığı mənə bəs edir. 

İlk məhəbbətimdir. Niyamı sevəndə 16-17 yaşım vardı. Bu illər ərzində o sevgi böyüdü. Hamı bilir ki, mən Niyamın sevgisinə ümid etməmişəm. Heç vaxt ümidlənməmişəm. Nə qədər ömrüm varsa, onu sevəcəm".

Niyam Səlami pərəstişkarının bu sözlərindən təsirlənsə də, onu sevə bilmədiyini dilə gətirib:

"Allah məni öldürsün, indi mən neyləyim, belə alındı. Mən ki, evli olub ayrılmışam, hisslərim onunla gedib. Amma sənin sevginin qarşısında baş əyirəm".

BAKU.WS
VİDEO