8 ildir evli olan əməkdar artist özünə kişi toyu etdi - Azərbaycanda görünməmiş hadisə - VİDEO

31
avq
2019
12:42
10 ay əvvəl özünə toy edən əməkdar artist Amil Həsənoğlunun 8 yaşında qızı var imiş.BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "5-də 5" verilişinin qonağı olan ifaçı şəxsi həyatı ilə bağlı ictimaiyyətin bilmədiyi məqamları açıqlayıb:"Əslində çoxdan ailəliyəm, amma toyu bu yaxında etmişəm. Hər şeyi etdikdən sonra toy etmişik. Yəni, bir-birimizi tanımışıq, 5 il bərabər olduqdan sonra evlənmişik. Toy edəndə artıq uşağımız vardı. Tələm-tələsik evlənib, boşanmaq istəmədik. Həyat yoldaşım azərbaycanlıdır. Adət-ənənəyə uyğun toy etdik. Xanımın toyu ayrı oldu, mən özüm üçün kişi toyu çaldırmışam. Əsas odur ki, uşağıma sahib çıxmışam, həyat yoldaşım yanımdadır".A.Həsənoğlu aparıcının sualına cavab olaraq qızının 8 yaşı olduğunu deyib. Bu cavabdan belə məlum olur ki, cütlük 8 il bərabərlikdən sonra toy edib.
Zülfiyyə Qurbanova

Oxşar xəbərlər
Oqtayla Dilarənin qızının xınasında yaşananlar - VİDEO
Əməkdar artist Dilarə Əliyeva ilə “SOY Production”ın rəhbəri Oqtay Əliyevin qızı Aytənə xına mərasimi edib.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, məclis z...
