Zaur Kamal özünə saxta toy edən kişi müğənniləri biabır etdi: Adını təmizləmək üçün... - VİDEO

04
iyl
2018
14:14
"Çoxu yalandan toy edir. Oğlan toyu olur, qız toyundan xəbər çıxmır. Pulunu yığır, sonra qız toyunu etmir".BAKU.WS xəbər verir ki, Zaur Kamal öz verilişində şou-biznes nümayəndələrinin saxta toylarından danışıb: Aparıcı üzünü verilişinin qonağı olan meyxanaçı Vasif Əzimova tutaraq soruşub: "Bunlar neyləmək istəyir? Pul yığmaq, yoxsa camaatın dilini-ağzını bağlamaq"? Meyxanaçı onun bu sözlərini təsdiqləyib: "Belə şeylər olur. Pul lazımdır, edirlər". Cavabdan məmnun qalan Zaur mövzu ilə bağlı şübhələrinin təsdiqləndiyini deyib: "Mən təxmini, üstüörtülü eşitmişdim, sən təsdiqləyirsənsə, deməli var. Belə olur, eşidirik ki, filankəs evləndi, 500-600 nəfər çağırıb özünüə kişi toyu etdi. İştirak edə bilmədiyim belə toylarda bəydən soruşuram ki, vaxt çatdırıb gələ bilmədim, növbəti, ailəvi olan toyda iştirak edərəm. Amma o toy olmur. Bir dəfə 5-6 nəfər yığışıb birinin kişi toyuna getdik. Yedik-işdik, oynadıq. toy qurtardı, bəyin atasından soruşdum ki, qız toyu nə vaxtdır? Baxdım, kişi tutuldu. Dedi ki, hələ bu barədə fikirləşirik. Deməli, burada ya pul yığmaq məsələsidi, ya da uşağın adını götüzdürmək ki, mənim də oğlum evləndi". Qeyd edək ki, bu ayın 1-də populyar müğənni Üzeyir Mehdizadə özünə kişi toyu edib. Onun bu toyundan 2 gün sonra Zaur Kamalın bu mövzuya toxunması tamaşaçılarda Üzeyrin toyunun doğruluğuna şübhə yaradıb. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Zaurdan efirdə gözlənilməz sual - Vasif çətin vəziyyətə düşdü (VİDEO)
Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar baş verib. BAKU.WS-in məlumatına görə, aparıcı Zaur Kamal verilişdə qonaq olan meyxanaçı Vasif Əzimova sual...
