SİZİN REKLAM BURADA!
055 213 76 73


"Adama gülməli gəlir, qadın bacarıb bir dəfə ərdə otura bilməyib, ikinci dəfə ərə gedib, onda da alınmayıb, üçüncü dəfə ərə gedib. İndi gəlib gəlinlərə deyir ki, illərdir gəlinlərimizə-qızlarımıza xeyir-dua verirəm. Ay bala, sənin özünə vaxtında dua verilməyib, sən kimə dua verirsən?"

BAKU.WS xəbər verir ki, şairə Nazilə Səfərli bu sözləri ARB-nin efirində səsləndirib.

Onun aparıcısı olduğu "Ona qalsa" proqramında səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. Belə ki, tamaşaçılar bu sözlərin şairə ilə düşmən münasibətdə olan Fatimə Fətəliyevaya ünvanlandığını düşünüblər.

Elə Fatimə də efirdə səslənən fikirləri öz üzərinə götürüb və ad çəkmədən sosial şəbəkədə Naziləyə belə bir cavab verib:

"Heç bir leksik mənası olmayan insanlar özlərini əsas nitq hissəsi kimi aparır. Daha demirlər ki, işimin arxasınca düşüb cümlə üzvü olmaqla deyil, onsuz da hamı sənin qoşma olduğunu bilir".

Qeyd edək ki, Nazilə Səfərli və Fatimə Fətəliyeva hər ikisi xına məclislərinin aparıcısıdır. Onların bir-birinə düşmən kəsilməsinin səbəbi də məhz budur.

Aysel
BAKU.WS
VİDEO