Şəbnəm Tovuzlu şərhə görə izləyicisini həcisi ilə “razborkaya” çağırdı - FOTO

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkə izləyicilərindən birini həcisi ilə "razborkaya" çağırıb.
BAKU.WS xəbər verir ki, Rauf adlı izləyici sənətçinin “Instagram”da paylaşdığı fotoda əlində şərab qədəhi tutmasına “Həcidən ayıbdır” yazaraq irad bildirib.
Onun bu iradı Tovuzlunu özündən çıxarıb və onu həci ilə görüşə çağırıb:
“Narahat olma, həci hər gün yanımızdadır. Niyə narahatsan belə? İstəyirsən, nömrəni “direct”ə yaz, səhər yığsın, görüşsün, Əli də qucağımızda gələk”.
Rauf Tağıyev müğənninin şərhinə belə cavab verib:
"Əlinizə şərab qədəhi götürmüsünüz, şərab da həcilərin aləmində haramdır. Bir də ki, məni həci ilə "razborkaya" çağırırsız?"

Oxşar xəbərlər
Şəbnəmin mərcdə uduzduğu pulu həcisi verəcək - VİDEO
Müğənni Şəbnəm Tovuzlu mərcdə teleaparıcı Zaur Kamala uduzub. BAKU.WS xəbər verir ki, Xəzər TV-də yayımlanan “5/5” axşam şousunda müğənni ilə aparıcı 2000 doll...
