SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan BDU-nun Hüquq fakultəsində təhsil almasına aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, ifaçı bu barədə İTV-nin “3D” proqramında danışıb. Robot aparıcı Dadaş Dadaşlinski xalq artistinə belə bir sual ünvanlayıb: 

“BDU-nin hüquq fakültəsində yarımçıq bir təhsil aldınız. Axı universitetə daxil olmaq üçün imtahan vermək lazımdır. Siz hazırlaşmamışdız və oxumağı da planlaşdırmamışdız. Bu imtahanı harada yazdız, necə yazdız?"
Röya anasının istəyilə bu addımı atdığını deyib:
“Bu, anamın istəyi idi. Başa düşürdüm ki, onu çox davam etdirə bilməyəcəyəm. O üzdən təhsilim yarımçıq qaldı. Çünki oxumaq lazım idi, gedə bilmədim. Heç getmədim. Bunlar çox uzun məsələdir. Bizim kimi tələbələr də var. Orada bəzi məqamlar baş vermişdi. Lazımi imtahanlar da verilmişdi. Tam dərinliyə də getməyək”.

Dadaşlinski Xalq artistinin bu sözlərinə “Kimin belə sevgilisi var?” mahnısını zümzümə etməklə reaksiya verib. Onun bu reaksiyası Röyanın xoşuna gəlməyib. Xalq artistinin cavabı sərt olub:

“Xeyr, bizim həyatımızda o şeylərə yer verilməyib. Mən sevirəm, amma onun həyatımda işimə, təhsilimə və həyat rejimimə aidiyyatı yoxdur. Bunu hamı bilir. İstəyirəm, siz də biləsiniz”.

Aysel
BAKU.WS
VİDEO