SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib.

BAKU.WS
xəbər verir ki, Tolik "Hər şey daxil” verilişində qonaq olan sənətçinin reklam arası ona söylədiklərini canlı yayımda səsləndirib:

"Nigar xanımdan "Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün Nigar xanımdan 4 min manat pul istənilib. Üstəlik də, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib".

Müğənni aparıcının sözlərini təsdiqləyib və o rüşvət tələbindən sonra teatrın səhnəsində çıxış etmədiyini bildirib.

Qeyd edək ki, Nigar Şabanova 29 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO