"Ondan bir muğam da öyrənməmişəm" - əməkdar artistdən müəllimi olan Mələkxanıma (VİDEO)

26
sen
2018
10:10
Əməkdar artist Nigar Şabanova ATV-də yayımlanan "Gündən-günə" verilişinin qonağı olub. BAKU.WS-in məlumatına görə, müğənni bir müddət əvvəl əməkdar artist fəxri adına layiq görüldüyünü, amma universitetdə ona dərs deyən xalq artisti Mələkxanım Əyyubovanın onu təbrik etməməsini dilə gətirib:"İncik düşmüşdüm, amma indi bir önəm daşımır. Dildə yox, əməldə müəllimim olsaydı, birinci növbədə sevinməli idi". 29 yaşlı əməkdar artist daha sonra bunları əlavə edib:"Vallah, ondan bir muğam da öyrənməmişəm. Mən Qəzənfər Abbasovun əziyyətini necə itirim. Universitetdir, Allah canını sağ eləsin, qiymətlərimi yazıb, minnətdaram".BAKU.WS
Oxşar xəbərlər
Əkbər Əlizadə Flora Kərimovanı parodiya etdi - VİDEO
Əməkdar artist Əkbər Əlizadə ATV-də yayımlanan "Zarafat-zarafat" verilişinin qonağı olub. BAKU.WS xəbər verir ki, tanınmış aktyor verilişdə xalq artisti Flora K...
