Fidan Hacıyevaya vəzifə verildi

Fidan Hacıyevaya vəzifə verildi
Mədəniyyət 1435
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub.Mədəniyyət Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, məktəbin direktor vəzifəsinə opera müğənnisi, xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin olunub.Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırılır.

Oxşar xəbərlər

Mehriban Əliyeva “Azərbaycana sevgi ilə” konsertində  - FOTO

Mehriban Əliyeva “Azərbaycana sevgi ilə” konsertində - FOTO

Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə”...

3 Digər 11:16 12 may 2019

Son xəbərlər