Mədət Quliyev Cabir İmanova DTX-da vəzifə verdi
05
noy
2018
16:00
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə yeni direktor təyin edilib.BAKU.WS Unikal.org-a istinadən məlumat verir ki, mərkəzin baş direktor vəzifəsinə əməkdar artist Cabir İmanov təyin olunub.Mədəniyyət Mərkəzindən xəbəri təsdiqləyiblər.Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.1992-2001-ci illərdə “Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci il KVN “Əsrin Çempionu” olub.2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.Ailəlidir, üç övladı var.BAKU.WS
Oxşar xəbərlər
Müğənnilərin bitirdiyi məktəb və universitetlər – SİYAHI
BAKU.WS azedu.az-a istinadən Azərbaycan səhnəsində tanınan, sevilən müğənnilərin oxuduqları orta məktəblərin siyahısını təqdim edir:Azərbaycanın səhnəsinin sevi...