SİZİN REKLAM BURADA!
055 213 76 73


"Gəlib qayınananın, qayınatanın sözünə baxmayacaqsansa, sənə verilən bu evdə rahat otura bilməyəcəksənsə, çıx get. Əgər qayınananın sözünü yeyə bilmirsənsə, qayınatanın sözünü həzm edə bilmirsənsə, götür şələ-şüləvi çıx get".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar artisti, müğənni Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən günə" verilişində deyib. 

Xanım müğənni bu vəziyyətlə razılaşmadığını söyləyib: 

"Mən ev almışamki sən gəlib mənim günümü qara edəsən? Mən bununla razılaşmıram. Sən gəlməmisən mənim evimi, ocağımı dağıt-duğut etməyə. Gəlin qayınana və qayınata ilə bir evdə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçir".

Qeyd edək ki, müğənninin bu sözləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Onun fikri ilə razı olanlar olsa da, bu fikri sərt şəkildə tənqid edənlər də az olmayıb.
BAKU.WS
VİDEO