70 yaşlı Əməkdar artistin bu ayaqqabısı müzakirələrə səbəb oldu
Əməkdar artist Ruhəngiz Allahverdiyeva ayaqqabıları ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan sənətçi hündür dikdaban ayaq geyimi ilə hamını təəccübləndirib.
Veriliş zamanı kameralar Əməkdra artistin ayaqqabılarını yaxın plandan götürüb. Allahverdiyevanın onların hündürlüyününü 12-15 sm olduğunu bildirib.
70 yaşlı sənətçinin bu cür ayaqqabı geyinməyi həm aparıcını, həm də studiyadakı qonaqları təəccübləndirib.
Efir zamanı sənətçi altı düz ayaqqabı geyinə bilmədiyini deyib.
O "40-50 yaşa gələndə bükülməyin, hər zaman özününüzə baxın, həyata bir dəfə gəlirsiniz, özünüzü sevin" deyə xanımlara çağırış da edib.
Sosial şəbəkələrdə yayılan video xeyli müzakirələr yaradıb. İzləyicilər arasında "70 yaşında o hündür dikdaban nəyinə lazımdır?" deyənlər də olub, "Qadın hər zaman baxımlı olmalıdır" deyib sənətçinin tərəfini tutanlar da...
Həmin kadrları təqdim edirik:
Oxşar xəbərlər
Noutbuk oğurlayan məşhur aktyor saxlanıldı, daha sonra sərbəst buraxıldı
Türkiyənin tanınmış teatr və kino aktyoru Okan Karacan İstanbulun Şişli səmtində qatıldığı tədbirdə baş verən oğurluq hadisəsinə görə saxlanılıb. BAKU.WS xəbər...