Rəqqasə Fatimə Fətəliyeva “İnstagram” hesabında maraqlı görüntülər paylaşıb.

BAKU.WS
xəbər verir ki, rəqqasə "story" bölməsində paylaşdığı videoda həyat yoldaşı və oğlunu çəkib.

Videodan da göründüyü kimi Fatimənin oğlu Hüseyn sükan arxasındakı atasının qucağında əyləşərək maşın sürür.

Bu da yol hərəkəti qaydalarının pozulması deməkdir.

Belə ki, Yol Hərəkəti Haqqında qanunla 12 yaşadək uşaqların avtomobilin ön hissəsində, yalnız sürücünün sağ tərəfində xüsusi oturacaq olduğu halda daşınmasına icazə verilir.

Bu qaydanı pozan sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndinə əsasən, 3 bal yazılır və 60 manat cərimə olunur.

Həmin görüntüləri təqdim edirik: BAKU.WS
VİDEO