SİZİN REKLAM BURADA!
055 213 76 73


"O videoda nə var?! Yaxşı edib oxumuşam, mənim işim oxumaqdır. Ev yıxmıram, cadu etmirəm". Bu sözlər baxıcı Molla Məmmədsəfa ilə görüntüləri yayılan Mətanət Əsədovaya məxsusdur.

Müğənni BAKU.WS-ə açıqlamasında, sözügedən videonun yayılmasından qətiyyən narahat olmadığını bildirdi: 

"Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyirini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!"

***10:30:07

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib. 

BAKU.WS
-in əldə etdiyi görüntülərdə Məmmədsəfanı döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanı isə onun ayaqları altında bardaş qurduğunu görürük.

İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:

Məmmədsəfa: - Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get! 

Mətanət Əsədova: - Hə, oxuyum, sonra baxarsan da.

- Orada, o o...ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.

- Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?

- Muğam.

Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur "ulduzları" Məmmədsəfanın daimi müştəriləridir.

Aysel
BAKU.WS
VİDEO