SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artisti Rəşidə Rəşid sosial şəbəkəni tərk edib.

BAKU.WS 
xəbər verir ki, opera müğənnisi bu barədə belə bir status paylaşıb: 

"Hörmətli, əziz, sevimli dostlar! Öz profilimi bağlamayıb getmək niyyətindəyəm. İzah edəcək bir şey yoxdur. Həqiqətin zəhərlənməsindən xəstəyəm... Bu həyatdan virusum var... Dahi Delon dediyi kimi, vaxtı gələndə bu həyatdan zərrə qədər təəssüf hissi keçirmədən gedəcəm. Hələki belə. Narahat olmayın".

Xatırladaq ki, Rəşidə Rəşid əfsanəvi sənətkar Rəşid Behbudovun qızıdır. Opera müğənnisi bir müddət əvvəl "Əməkdar artist" titulundan imtina etmək istədiyini açıqlamışdı. O, əməkdar artist Aygün Bəylərlə əməkdar artist Röya Ayxanın qalmaqalına münasibət bildirərkən onlarla eyni titulu daşımaq istəmədiyini bildirmişdi: "Mən bunu çoxdan etmək istəyirdim. Lakin son illər ağır oldu, anam xəstələndi. Bu barədə anamla da, ərimlə də, oğlumla da söhbətimiz oldu. Lakin indi məni heç kim saxlaya bilməz. Mən onlarla eyni adı daşımaq istəmirəm. Mən sadəcə Rəşidin qızı kimi qalmaq istəyirəm. Həqiqətən, mən hansısa ad daşımaq istəmirəm. Hamı sənətkardır, hamı xanımdır, hamı ulduzdur. Bezdim. Bu, mənə görə deyil. Rəşidə - Rəşid Behbidovun qızı – mənim üçün ən yüksək addır”.  

Zülfiyyə Qurbanova

BAKU.WS
VİDEO