“O deputatın savadı yoxdur, himnimizdə eşələnir” - Rəşid Behbudovun qızı sərt danışdı (FOTO)
06
noy
2018
18:20
Mərhum sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşid Milli Məclisdə Azərbaycan himninə dəyişiklik edilməsi ilə bağlı təklifə sərt reaksiya verib.BAKU.WS-in məlumatına görə, ifaçı bu təklifi qeyri-peşəkar insanların etdiyini qeyd edib: "Azərbaycan himninə qarşı bu nə kampaniyadır başladılıb? Çəkin əllərinizi. Himn qalacaq və heç kim onun üzərində öz qeyri-peşəkar korrektələrini edə bilməz. Ey xalq! Soruşun ki, onlar dahi Üzeyir Hacıbəyovun himnindən nə istəyir? Kim orda heç bir savadı olmadığı halda müqəddəs himnimizdə eşələnir, zərər verir, satır? Sual verirəm, niyə?”Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Tahir Kərimli Dövlət himninin qısaldılmasını, nəqarətlərin götürülməsini, qəmli notların yığışdırılmasını təklif edib. BAKU.WS
Oxşar xəbərlər
Himnlə bağlı daha bir iddia: "Himnin müəllifi Əhməd Cavad deyil"
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycanın dövlət himninin həcminin azaldılması ilə bağlı təklifinə verilən reaksiyalara müna...