Müğənni Şəbnəm Tovuzlunun "Gelandewagen" markalı avtomobillə videosu yayılıb. 

BAKU.WS xəbər verir ki, müğənni həmkarı Sabina Selcanla magistral yolda ötüşüb. 

Sözügedən anlar kameraya çəkilib. Kadrlardan da göründüyü kimi xanımlar bir-biri ilə zarafatlaşır. Daha sonra Şəbnəm Tovuzlu "Gelandewagen"lə sürət yığaraq həmkarını ötür.

Sosial şəbəkələrdə yayılan bu görüntülər birmənalı qarşılanmayıb. İzləyicilədən bəziləri müğənnilərin yolda qəzalı vəziyyət yaratdığını bildirib.   BAKU.WS
VİDEO