62 yaşlı "Yeşilçam" ulduzu ağciyər xərçəngindən öldü

Məşhur aktrisa Neşe Aksoy vəfat edib.
BAKU.WS xəbər verir ki, 1980-ci illərdə "Yeşilçam"ın məşhur ulduzu olan 62 yaşlı Neşe ağciyər xərçəngindən ölüb. O uzun müddətdit müalicə olunsa da həyatda qala bilməyib.
Aktrisa bu xəstəliyə 10 ay əvvəl tutulduğunu sosial şəbəkə hesabında bildirmişdi.
"On ay əvvəl mənə ağciyər xərçəngi diaqnozu qoyuldu və bu, məni çətin dövrlərdən keçirdi. Son analizlərimdə əməliyyat olunduğum ağciyərimdə və beynimdə yeni kütlələr aşkarlandı. Bundan sonra nə olacağını bilmirəm. İndiyə qədər bunun eşidilməsini istəmirdim, amma indi bilmirəm necə olacağam. Ona görə də bunu məndən eşitməyinizi istədim" -deyə, Neşe paylaşımında qeyd etmişdi.
Xatırladaq ki, Neşe Aksoy 1982-ci ildə çəkilən "Arkadaşım" adlı ekran işində Tarık Akan və Fikret Hakanla birlikdı rol alıb.
Bu film ona məşhurluğun zirvəsinə çatmağa kömək edib.
Qalereya
Oxşar xəbərlər
Mehriban Xanlarova sadəcə bu kanala dəvət alsa gedəcək
Əməkdar artist Mehriban Xanlarova özünə qadağa qoyub. BAKU.WS xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında bildirib. Xanlarova qeyd edib ki, dövlət t...
