VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Şou-biznes nümayəndələri toy qiymətləri ilə bağlı mətbuatda yayılan məlumata etiraz ediblər. 

BAKU.WS məlumat verir ki, bu haqda müğənnilər "Xəzər xəbər”ə açıqlama veriblər. Sənətçilər, yeni ildən toy qiymətlərini qaldırmadıqlarını bildiriblər.  

Əməkdar artist Abbas Bağırovun toy 13 min manat göstərilsə də, müğənni toyalara getmədiyini, daha çox yaradıcılıq işləri ilə məşğul olduğunu bildirib.

Müğənni Ceyhun Əliyev toya 4 min manata getmədiyini söyləyib:

"Mən toylara, şənliklərə "Qala” qrupu ilə birlikdə gedəndə 4 min manata yox, 4500 manata gedirəm. Bəzən olur ki, insanlar məbləği aşağı salmaq istəyirlər. Onda təklif edirəm ki, özüm qrupsuz, xanım ifaçı ilə birlikdə gəlim. Bu qiymətə bütöv toy aparıram”. 

Müğənni Ayaz Qasımovun toy qiyməti 6 min göstərilsə də, o qiymətdə heç bir dəyişiklik etmədiyini deyib. 

Müğənni Rüfət Axundov isə toya daha ucuz qiymətə getdiyini deyib:

"Qiyməti nə çoxaldıb, nə də azaltmışam. Bir qiymət deyirəm, müştəri endirim istəyəndə edirəm. Saytlarda toy qiymətimlə bağlı yazılan məbləğ yalandır. Əvvəl toy qiymətini dollarla deyirdik. Sonra manatla dedik, indi də dəyişməyib”.

Qeyd edək ki, ötən gün ifaçıların 2016-cı ildəki toy qiymətlərinin siyahısı təqdim olunmuşdu:

Abbas Bağırov – 13 000
Brilliant Dadaşova – 12 000
Ramal İsrafilov – 10 000
Nadir Qafarzadə - 10 000
Elton – 10 000
Xumar Qədimova – 9 000
Samir Piriyev - 9 000
Xatirə İslam – 8 000
Vasif Məhərrəmli - 8 000
Mətanət İsgəndərli – 8 000
Günay İbrahimli - 7 000
Ağadadaş Ağayev - 7 000
Rəqsanə İsmayılova – 7 000
Xəyyam Nisanov – 7 000
Könül Kərimova – 7 000
Zamiq Hüseynov – 7 000
Könül Xasıyeva - 7 000
Nüşabə Ələsgərli – 7 000
Eyyub Yaqubov – 7 000
Mətanət Əsədova - 7 000
Nazənin - 6 000
Elçin Cəfərov – 6 000
Ayaz Qasımov – 6 000
Manaf Ağayev – 5 000
Əflatun Qubadov – 5 000
Bahar Lətifqızı - 4 500
İzzət Bağırov – 4 500
"Qala" qrupu - 4 000
"Şeron” qrupu (Ülvü) – 4 000
Nazim Faytonçu - 4 000
Elvin Abdullayev - 3 000
Emil Bədəlov - 3 000
Mənsurə Musayeva – 4 000
Səməd Səmədov – 3 000
Əlikram Bayramov – 3 000
Rüfət Axundov - 3 000
Əbdül Xalid - 3 000
Elariz – 2 500
Cavanşir Məmmədov - 2 500
 
BAKU.WS