Tanınmış müğənni, əməkdar artist Röya Ayxan arıqlamağının sirrindən danışıb.
 
BAKU.WS məlumat verir ki, sənətçi İnstaqram hesabında hamiləlik fotosu ilə hazırki formada olduğu fotosunu paylaşıb. Hamiləlik fotosunda 100, hazırda 48 kiloqram olduğunu yazan müğənni, necə arıqladığını açıqlayıb:

"Bu fotonu paylaşmaqda məqsədim o idi ki, kim qarşısına məqsəd qoysa arıqlayar. Bu çox gözəl andı, çünki canımda can var. Şəkil çəkilən günü 100 kiloqram idim. Bu gün isə 48 kiloqramam. Mənə baxın və stimul alın. Çox maraqlıdır necə arıqladım? Əvvala onu deyim ki, heç bir dərman qəbul etmədim, etmərəm də. Məni ayaqda saxlayan qarabaşaq, qatıq, pendir, kələm, kahı, xiyar oldu. Çox halsız olanda limonla şirinçay içirdim. İnanmayacaqsınız, hətta düşbərəni belə bişirib, ancaq suyunu içirdim. 6 ay belə davam etdim. Sonra istəsəm də yeyə bilmədim. Çünki mədəm balacalaşdı və oldum sizin Röya”.
 
BAKU.WS