6 kiloqram kökələn Röya Ayxan: "Bu mənə baha başa gəldi"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan aldığı artıq çəkidən danışıb.
BAKU.WS xəbər verir ki, jurnalistlərə açıqlama verən sənətçi 6 kiloqram kökəldiyini bildirib. İfaçı bunun ona baha başa gəldiyini vurğulayıb.
Belə ki, çəki alan sənətçi məcbur qalaraq qarderobundakı libasları ümumiyyətlə dəyişdirib:
"Libaslarım həmişəki kimidir. Sadəcə olara bir az daha çox nəzərə çarpır. Bunun da səbəbi odur ki, artıq çəkim 56 kiloqrama yüksəlib. Əvvəl 50 kiloqram idim, indi isə 6 kiloqram çəki almışam. Lakin buna görə heç nə etmirəm. Heç narahat da deyiləm. Normal şəkildə yeyib-içirəm. Deyirəm bəlkə yaya doğru arıqlayım. Etiraf edim ki, artıq çəki almağım mənə baha başa gəldi. Qarderobumdakı geyimləri tamamilə dəyişdirdik. Yeniləri ilə əvəz etdik. İndi olsa arıqlayacağam. Olmasa da, daha məni belə görməyə öyrəşin".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...