SİZİN REKLAM BURADA!
055 213 76 73



Stilist Samiraldo müğənni Afət Fərmanqızının qalmaqallı "Pəncü-şeş" mahnısının sözlərini dəyişib.

BAKU.WS 
xəbər verir ki, məşhur stilist Nəsiminin qəzəlininin yerinə "Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı" sözləri ilə oxuyub.

Samiraldonun İnstagramda paylaşdığı video izləyicilər tərəfindən bəyənilib. Rəylərdə sözlərin musiqiyə daha uyğun olduğunu yazıblar.

Bəlkə də Samiraldo bu hərəkətilə Afət Fərmanqızına mesaj göndərib. Çünki onun eyni musiqi üçün seçdiyi sözlər məşhur hind musiqisinə daha uyğundur, nəinki Nəsiminin "Sığmazam" qəzəli.

Qeyd edək ki, A.Fərmanqızı ictimaiyyətin, ziyalı təbəqənin etirazına baxmayaraq mahnının sözlərini dəyişmək fikrində olmadığı bildirib.

BAKU.WS