Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik - 2026-da...
2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.
Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcək.
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, layihə regionun turizm xəritəsini dəyişəcək:
"Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bakı şəhəri ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilər də liman şəhərlərinə çevriləcək. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Layihə Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq".
Daha ətraflı ATV-nin videomaterialında:
Oxşar xəbərlər
Bu bürclərə hər yerdə "yaşıl işıq"dır
Astroloqlar xəbərdarlıq edirlər ki, bu dövrdə Qoç, Şir, Oxatan və Dolça bürcləri həyatın hər sahəsində uğur qazana bilər. İş və şəxsi həyatda qərar verməkdə onl...