"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
BAKU.WS xəbər verir ki, görüş zamanı Ağdam sakini ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.
Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.
Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).
Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Prezident İlham Əliyev: İki uşağı var.
Sakinlər: Allah saxlasın.
Prezident İlham Əliyev: İki oğul.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...