
ARB TV-nin “Boş anlar” proqramının budəfəki qonağı müğənni Türkan Vəlizadə olub.
O çətin günlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.
“O vaxt çətinlikdə olanda anam qızıllarını aparıb satdı. Bu yaxınlarda qızıl mağazasında mənim üçün satdığı üzüyü gördüm. Dedim ki, o üzüyü mənə çatdırın. Bacım evə çatan kimi anama deyib ki, Türkan üzüyü tapıb. Anam dedi ki, xahiş edirəm ki, onu mənə alma. Pis oldum. Dedi ki, istəmirəm ki, o əziyyətli günlər təkrarlansın mənim üçün. O üzüyü görsəm çətin günlərim yadıma düşəcək. Dedi ki, sən mənim üçün oğulsan. Atam da hər dəfə deyir ki, sən mənə görə oğulsan”.
BAKU.WS