Elşən Xəzər "kitayski" üzüyü tanrının möcüzəsi adlandırdı - VİDEO

Elşən Xəzər kitayski üzüyü tanrının möcüzəsi adlandırdı - VİDEO
Video
Şou-biznes 10587
Çin istehsalı olan üzüyü "Allahın möcüzəsi" adlandıran meyxanaçı Elşən Xəzər gülüş hədəfinə çevrilib. BAKU.WS xəbər verir ki, dindarlığı ilə seçilən meyxanaçı "İntagram" səhifəsində paylaşdığı videoda əlindəki üzüyü Allahın möcüzəsi adlandırıb.Görüntülərdə E.Xəzər qaşlı üzüyü suya salır və üzüyün qaşı işıq saçır. Bunu görən Elşən heyrətini belə ifadə edir: "Allaha inanmayana lənət, bu, tanrının möcüzəsidir".Sosial şəbəkə izləyiciləri isə Xəzərin oyuna gəldiyini, qaşının içinə kiçik lampa yerləşdirilmiş üzüyün Çində istehsal olunmuş sıradan bir üzük olduğunu yazıblar. Məsxərəyə qoyulduğunu görən meyxanaçı növbəti paylaşımında belə yazıb:"Bu üzük mənim deyil, əziz dostumuzundur və təmiz daş olduğunu deyib. Çox etibarlı insandır. Əgər daş deyilsə, demək o özü də bilməyib. Sabah bu üzüyün sahibindən icazə istəyəcəm. Əgər icazə versə, sındırıb içinə baxacam. Mənə də maraqlı gəldi. Əgər Allaha and içdiyim yalan olsa, tövbəsini edərəm. Çünki bilmədən etmişəm, amma düz çıxsa, o zaman siz tövbə edərsiz".İlahiyyatçı İsmayıl Əhmədov BAKU.WS-ə bildirib ki, belə Çin oyuncaqları çoxdur sadəcə bəzi insanlar bunu möcüzə kimi qəbul edir. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər