Bülent Ersoydan ilginc açıqlama: "Əlimdə vertolyot dəyərində üzük var"
Türkiyənin divası Bülent Ersoy barmağındakı bahalı üzük haqqında danışıb.
BAKU.WS-in məlumatına görə, bir festivalın açılışında səhnəyə çıxan müğənni buruq saçıyla diqqət çəkib. "Bu rəng, ilin modasıdı" deyən Ersoy zarafatlar edərək hər kəsi əyləndirib.
Tez-tez daş-qaşları ilə gündəmə gələn sənətçi, bu dəfə barmağındakı bahalı üzüklərlə əlaqədar açıqlama verib. Ləl-cəvahirata olan marağından bəhs edən diva sözlərinə belə davam edib: "Tək daş üzüyüm bir vertolyot qiymətindədir. Yəni, gördüyünüz üzrə əlimdə vertolyot var. Digər sarı biriliyantı da özümə bayram hədiyyəsi olaraq almışam. Artıq onun dəyərini söyləməyi".
Qazandığı pullarla daş-qaş alan Ersoy bahalı üzüyü ilə basdırılmaq istədiyini söyləmişdi. 500 min dollarlıq üzüyü ilə basdırılmaq istədiyini söyləyən Ərsoy, bununla da o biri dünyada par-par parıldayacağını bildirmişdi.
BAKU.WS
Oxşar xəbərlər
Bülent Ersoy iki evin qiymətinə brilyant dəst aldı (FOTO)
Türkiyənin "Diva"sı Bülent Ersoy bu dəfə alış-veriş mərkəzində görüntülənib. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, sənətçi zərgərlik mağazası...