VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın xalq artisti Rafiq Hüseynov (Rəmiş) bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu "Səni axtarıram” proqramından birbaşa hospitala göndərilib.

Artıq 4-cü gündür xəstəxanada olan xalq artisti xəstəxanaya yerləşdirilməsinə köməklik göstərdiklərinə görə teleaparıcı Xoşqədəm Hidayətqızı və həkimlər Cahid Şahbazovla yanaşı Aytən Sultanovaya təşəkkür edib.

Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.

BAKU.WS