SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktyor Cavidan Novruz rol aldığı “Təhminə və Zaur” serialından qonorarını ala bilməyib.

BAKU.WS  xəbər verir ki, sözügedən serialda Spartak obrazını canlandıran aktyor bu barədə "İnstagram"da yazıb və video paylaşıb.

Aktyor serialı çəkənlərə ünvanladığı müraciətində olduqca ağır ifadələr işlədib:

"Bu məmləkətdə hər şey belədir. Kiminlə yaxşı olub, həvəslə bir işə girişirsən, enerjini sərf edirsən, əziyyətlər çəkirsən, iş gördüyün insanlar səni hər şeydən çirgindirir! Bəlkə də belə olması məsləhət idi, bir az dincələrik! Məndən bu qədər. O adamlar sadəcə utansınlar. Bir işi kişi kimi görmək lazımdır, taktika ilə aktyoru aldatmazlar!

Bundan sonra mən şərt qoyacam! Yeganə millətik ki serial-kino çəkirik, əsas və vacib faktor olan aktyora pul verməyə can çəkirik. Əziyyət çəkən bizik, səhər tezdən işləyirik, canımız çıxır. Axırda da belə olur. Daha bezdim! İnsana ömür bir dəfə verilir, onu da insan kimi yaşamaq lazımdır. Tüpürüm gördüyünüz işin içinə! Mən sözümü həmişə açıq demişəm. Lazım gələr üzünüzə yox, çiyninizdən hoppanıb qulağınıza qışqıraram. Kişi kimi iş görün!

Sizə heç nəyimi halal etmirəm. Bir şeyi bilin, gördüyünüz növbəti işlərin içində haqqına girdiyinuz, yarıda qoyduğunuz aktyorların haqqı və nəfsi var! Son gündə belə hamını yığıb kişi kimi hallalaşmağı belə bacarmadınız! Bu sezon təklif aldığım 2 seriala rədd cavabı verdim. Camaat gözün nəyə isə dikir, plan qurur, ev təmir edir, kreditlə maşın götürür, övladını oxutdurur! Şəxsiyyət olmağı bacarın, əvvəl düşünün, sonra işlər görün"!

BAKU.WS