VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yuğ teatrının keçmiş aktyoru və Xəzər TV-də yayımlanan “İmtahan” serialının baş qəhrəmanı Hikmət Rəhimov Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov arasında qalmaqal yaşanıb.

BAKU.WS-in məlumatına görə, aktyor kinostudiyanın direktoruna təhqiramiz sözlər işlədib.

““Bunu deməliyəm, çünki səhərə qədər əsəbimdən yatmamışam. Deməli, kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mukafatı mən həll etmişəm. Mən də ona deyirəm ki, tüpürüm o mukafata ki, mənə onu sən vermisən və orda-burda başa vurursan. Mənə orda burda gic talış deyirsən, bilki Rusiyada göyərti satan talış sənin kimi ağdamlıdan qat-qat qeyrətlidir. Rahat ol, dilimə də gətirən deyiləm. Adamını tanı, ağıllı ol, məni ətrafındakılarla səhv salma!”

Qeyd edək ki, bu yaxınlarda aktyor Hikmət Rəhimov “Üçüncü günün adamı” filminə görə 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olub. Müşfiq Hətəmov isə aktyoru tənqid etmişdi.

Tuncay
BAKU.WS