SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerikanın tanınmış aktyoru David Labravaya faciə üz verib.

BAKU.WS
xəbər verir ki, aktyor "Instagram" hesabında oğlunun ölüm xəbərini paylaşıb. 55 yaşlı aktyor bildirib ki, oğlu intihar edərək həyatına son qoyub.

"Heç ağlıma gəlməzdi ki, belə bir paylaşım edəcəyəm. Bu mənim oğlum Tuchudur. Bir neçə gün öncə 16 yaşı tamam olub. O, ad günündən sonra intihar etdi. O, uşaqlıqdan çox mehriban və şən uşaq idi. Depresiyada olduğunu bilmirdik", - deyə aktyor yazıb.

David Labrava valideynlərə məsləhət də verməyi unutmayıb: "Bağışla oğlum, səni qoruya bilmədim. Problemlərini əvvəldən görmədim. Siz çalışın övladlarınızın problemlərilə maraqlanın. Hətta ilk baxışdan uşaqlarda problem müşahidə olunmasa belə, onları nəzarətsiz buraxmayın".

Cavid Babayev
BAKU.WS