SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "Şou ATV" verilişində təsirli anlar yaşanıb.


BAKU.WS-in məlumatına görə, canlı yayım zamanı studiyaya proqramda qonaq olan Əməkdar artist Mehriban Xanlarovanın anası Bibiş Xanlarova dəvət edilib.

Anasını görən aktrisa göz yaşlarına boğulub. O, anasının əlindən öpərək, qarşısında diz çöküb.

M. Xanlarova bildirib ki, valideynləri eşitmə və dil qüsurludur:

"Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Daha sonra bibim Zeynəb Xanlarova bizi məktəbə qoydu və beləcə, hərf öyrəndik".

Baş verənlərə şahidlik edən aparıcı Nanə Ağamalıyeva və müğənni Elçin Cəfərov çox təsirləniblər. 

BAKU.WS