SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xətai rayonu Gəncə prospektində yerləşən “Şəms” şadlıq evinin söküntüsünə hazırlıq gedir.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. 

Məlumat üçün bildirək ki, “Şəms” şadlıq evinin bir müddət öncə 2 milyon manata satıldığı haqda mətbuatda məlumatlar yayılmışdı.

Bildirilmişdi ki, yerində yaşayış binası tikiləcək.

BAKU.WS