SİZİN REKLAM BURADA!
055 213 76 73




Oktyabrın 8-də "Ümidlər puç olanda" filminin qala gecəsi keçirilib.


BAKU.WS-in məlumatına görə, ekran işinin təqdimatı Nizami Kino Mərkəzində baş tutub. Gecədə yaradıcı heyət ilə yanaşı, incəsənət və kino dünyasının tanınmış simaları iştirak edib.

İki gəncin nakam sevgisindən bəhs edilən filmdə rolları müğənni İzzət Bağırov, aktrisa Gülşən Hüseynli, əməkdar artistlər Kazım Abdullayev, Mehriban Xanlarova, Xalidə Quliyeva, aktyorlar Manaf Dadaşov, Əjdər Zeynalov, aktrisa Asya Atakişiyeva və başqaları ifa ediblər. 

Filmin senari müəllifi İzzət Bağırov, quruluşçu rejissoru Samir Qulamovdur. 

Gecədə diqqət çəkən məqamlardan biri isə filmdə rol alan əməkdar artist Mehriban Xanlarovanın təqdimata gəlməməsi olub. 

Məsələyə aydınlıq gətirən müğənni İzzət Bağırov bildirib ki, M. Xanlarova səhhətində yaranan probemlər üzündən təqdimata gələ bilməyib. Müğənni aktrisaya Allahdan şəfa diləməyi də unutmayıb. 

Filmin nümayişindən sonra zal gur alqışlara qərq oldu. 

Hüseyn Məmmədsalahov
BAKU.WS

Fotolar müəllifindir