SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün “Planet Parni iz Baku” komandasının həyata keçirdiyi “Bəxt üzüyü 2” ekran əsərinin qala gecəsi baş tutdu.

BAKU.WS-in məlumatına görə, birinci filmin davamı olan yeni versiyada xalq artistləri Rəfael Dadaşov, Afaq Bəşirqızı, Valeh Kərimov və başqaları kamera qarşısına keçib. Həmçinin Tahir və Cabir İmanovlarla yanaşı, “Planet Parni iz Baku” komandasının digər üzvləri olan Bəhram Bağırzadə və Azər Məmmədzadə də sözügedən filmdə rol alıblar.

Digər maraqlı məqam odur ki, filmdə Seda obrazını uzun illərdir Amerikada yaşayan Firəngiz Rəhimbəyova canlandırıb. O, Tahir İmanovun dəvəti ilə Bakıya gələrək bu ekran əsərində rol alıb.

Qala gecədə ekran işində rol alan xalq artistləri Rafayel Dadaşov, Afaq Bəşirqızı, Valeh Kərimov, Arif Quliyev, əməkdar artistlər Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə və Azər Məmmədzadə və bir çox şou biznes nümayəndələri iştirak etdilər.

Premyera maraqlı anlarla yadda qaldı. Beləki, xalq artisti Brilliant Dadaşova qala gecəyə oğlu Cahadla birlikdə qatılıb. Oğlunu mediyadan uzaq tutan xalq artisti bu dəfə ənənəsini pozub.

Ən diqqət çəkən məqamlardan biri isə, xalq artisti Pop Diva Aygün Kazımovanın məclisə gəlməsi oldu! Bir-birini görməzdən gələn hər iki xalq artisti bu hərəkətləri ilə aralarında hələ də küsülülüyün davam etdiyinin nümayiş etdiriblər. Kazımova dəbdəbəli obrazı ilə gecəyə öz damğası vurdu. Pop divanın geyindiyi uzun qara əlbisəsi və çiyinlərinə atdığı eyni rəngdə qısa kürküsü görünüşülə əlavə şıklıq qatıb.

Bəxt üzüyü – 2 filminin premyerasına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev təşrif buyurub. DTX rəisi qala gecəyə hamilə həyat yoldaşı Zəhra Quliyeva ilə birlikdə qatılıb.

Nəzərinizə çatdıraq ki, Bəxt üzüyü – 2 filminə artıq bu gündən (fevralın1-dən) etibarət kinoteatrlarımızda seyr edə bilərsiz.

Rəşad Əliyev
BAKU.WS