SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir neçə gündür ki, ATV kanalında yayımlanan "Bizimləsən" verlişində əməkdar artist Mehriban Xanlarovanın qızı Aysel ilə yaşadığı qarşıdurma mətbuatın gündəmindən düşmür.

BAKU.WS xəbər verir ki, sənətçinin qızı yenidən canlı yayıma telefon açıb və onu bağışlamasını rica edib. Qızının səsini eşidən Xanlarova isə studiyanı dərhal tərk etmək istəyib. Bunu görən Zaur Mehribanın efirə qayıtmasını xahiş edib. Aktrisa göz yaşı axıdaraq qızı ilə arasında yaşanan bir çox gizlin qalan məqamlardan söz açıb. 

Verlişin aparıcısı Zaur isə ekranlara Mehriban Xanlarovanın evində çəkilmiş süjetin verilməsini istəyib. Sözügedən videomaterialda dünən baş verənlərlə bağlı Mehriban açıqlama verib. 

Daha sonra Mehriban canlı efirdə göz yaşı içində hər kəsdən üzr istəyib və bunları söyləyib: "Qəlbim paramparça oldu. Məni mənə buraxın. İndiyə kimi özüm üçün yaşamamışam. İmkan verin bundan sonra artıq özüm üçün yaşayım".

Xatırladaq ki, Xanlarovanın qızı ilə aralarının dəyməsinə elə qızı Aysel açıqlama gətirib:

"Anam məndən küsməkdə haqlıdır. Qızımın yanmağını məndən gizlətdiyi üçün ondan incimişdim”.

Verlişdə baş verən həmin kadrları sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS