SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu və iki döyüş-xilasetmə briqadası cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Avtobusun İrandan gəldiyi bildirilir.

BAKU.WS